24 İyul 23:49
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın "IndiGo" aviaşirkəti qadın sərnişinlərə kişi sərnişinlərlə yan-yana oturmamaq icazəsi verib.

Teleqraf.com xəbər verir ki, yeni qayda 2024-cü ilin avqustundan qüvvəyə minəcək.

Bildirilir ki, qadınlar uçuş zamanı özlərini rahat hiss etmələri üçün oturacaqlarını seçə biləcəklər. Belə ki, onlayn qeydiyyat zamanı qadınlar yanlarında əyləşən sərnişinlərin cinsini görə biləcəklər və istəsələr, digər qadınların yanında yer seçə biləcəklər. Qadınların seçdiyi oturacaqlar çəhrayi rənglə işarələnəcək. Amma bu cür məlumatları kişilər görə bilməyəcək, onlara yalnız mövcud oturacaqlar göstəriləcək.

Qeyd edilir ki, bu siyasət dəyişikliyi ideyası "IndiGo"nun sorğusundan sonra yaranıb.

Hindistanın ən böyük aviaşirkəti gündə iki min daxili və beynəlxalq uçuş həyata keçirir.


Müəllif: Arzu

Oxşar xəbərlər