25 İyul 13:15
5 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ittifaqı Ermənistana 10 milyon avro hərbi yardım ayırıb. Bu vəsaitə erməni ordusunun kompliktasiyası və digər işlərin görüləcəyi deyilir. Düşünürəm ki, Ermənistana ayrılan pul elə də əhəmiyyətli səviyyədə yardım deyil.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunda 10 milyona hansısa şəkildə dəyişiklik etmək mümkün deyil:

“Amma bu bir siyasi iradədir. Həmçinin Ermənistan tərəfindən Azərbaycana ötürülən mesajdır ki, yəni biz İrəvanı dəstəkləməklə Bakı üçün problem yarada bilərik. Ona görə də Bakı bu proseslərdə Avropadan gələn mesajlara müəyyən dərəcədə diqqətlə yanaşmalıdır.

Azərbaycan müstəqil xarici siyasət yeritdiyinə görə bu cür addımlarla hansısa şəkildə öz nəzərində tutduğu layihələrdən geri çəkilən deyil. Ona görə də Ermənistanın silahlanması İrəvanın zərərinə işləyən amildir. Çünki bölgədə Ermənistan daha çox sülh ritorikasına dönməlidir. Ona görə ki, məğlub dövlət Ermənistandır.

Əgər bu ritorikaya dönməyəcəksə və silahlanmağa davam edəcəksə, bu, İrəvan üçün yeni problemlərin yaranmasına səbəb olacaq. 10 və ya 20 milyon o qədər böyük vəsait deyil ki, bununla ordu dirçəlsin. Bütövlükdə ordunun ruhunu dirçəltmək vəsaitlə yox xalqın iradəsi ilə müəyyən olunur. Ermənistana bu cür dəstəklər illərdir davam edib. Amma nəticəsini gördük.

İndi də eyni nəticəni gözləmək mümkün olacaq. Hazırlığımızı daha güclü şəkildə aparmalıyıq ki, Ermənistanın hər hansı revanşist hərəkətlərinə vaxtında cavab verək”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər