30 İyul 10:56
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bəyan edib.

“Bu, həm dövlət katibinin, həm də Qafqaz danışıqları üzrə baş müşavir Lui Bononun fəal şəkildə davam etdirdiyi bir məsələdir. Amma konkret xəbərim və ya qrafikim yoxdur. Bunun üzərində işləməyə davam edəcəyik”, - Patel bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər