31 İyul 14:47
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş səyləri təzələyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Politico nəşri yazıb:

"Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib. Bu görüşlər barədə əvvəllər məlumat verilməmişdi, Ermənistan və Azərbaycan bir-birini sammit çərçivəsində görüşməkdən imtina etməkdə günahlandırırdılar.

Mişel hər iki tərəfə məktub yazaraq onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək, sülh sazişini yekunlaşdırmağa çağırıb".

Nəşr qeyd edir ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb.

"Mişellə görüşlərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir-biri ilə danışıqlar masası arxasına əyləşmək fürsəti tapa bilməyiblər. Britaniyadakı görüşlər Mişelin rəhbərliyilə aylarla davam edən danışıqlardan sonra baş tutub", - nəşr yazır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər