13 Avqust 16:08
23 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Zəngəzur yox, Türkiyə və Qərbə lazım olan Turan dəhlizidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Respublikaçı Partiyası sədrinin müavini Edurad Şarmazanov deyib.

Siyasətçi ABŞ-nin cidd-cəhdlə Zəngəzur dəhlizinin açılması ilə məşğul olduğunu iddia edir:

“İyulun sonunda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin açıqlaması dərc olunmuşdu. Həmin açıqlamaya görə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqəsi yaratmağa çalışır. ABŞ rəsmisi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində söyləyib ki, bu da Moskvanın strateji məğlubiyyətinə gətirib çıxarmalıdır.

Heç kimə sirr deyil ki, Qərb əvvəldən Gürcüstanı Rusiyaya qarşı mübarizədə mühüm forpost hesab edirdi, amma gürcülərin rədd cavabı aldıqdan sonra diqqətini Ermənistana yönəldib. Qərb açıq şəkildə Paşinyana “Rusiyadan ayrıl və cəsarətli addımlar at” siqnalını verir.

Nə Paşinyan, nə də hər hansısa məmur açıq şəkildə Obrayenin direktivlərinə qarşı çıxmadı”.

Şarmazanovun fikrincə, Baş nazir Nikol Paşinyandan razılıq alan Qərb artıq xarici siyasətdə Ermənistan hakimiyyətini istiqamətləndirməyə başlayıb.

Zəngəzur dəhlizinə gəlincə, erməni siyasətçi qeyd edib ki, Obrayen ABŞ-nin bununla bağlı planını açıq mətnlə bəyan edib.

Şarmazanovun fikrincə, Turan dəhlizinin açılması Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir:

“Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi qeyri-mümkün idi. Amma Qarabağın Azərbaycana təhvil verilməsindən (azad edilməsindən – red.) sonra Orta dəhliz layihəsini reallaşdırmaq üçün Qərbin qolları geniş açılıb”.

Partiya rəsmisi hesab edir ki, Qərblə yanaşı, Türkiyə də onun türk dünyası ilə birbaşa quru əlaqəsini təmin edəcək Turan dəhlizinin açılması üçün çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər