15 Avqust 12:44
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan Minsk prosesi (ATƏT-in Minsk qrupunun buraxılması – red.) məsələsini ilk növbədə sülh müqaviləsinin imzalanması kontekstində nəzərdən keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mediaya Ermənistan Xarici İşlər Nazirliyindən deyilib.

Ermənistan XİN-ə belə bir sual ünvanlanıb: “Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Minsk qrupunun buraxılmasını ilkin şərt kimi qoyurmu, niyə İrəvan qrupun buraxılmasına razı deyil və Ermənistanın yaxın zamanlarda fikrini dəyişərək Bakı ilə Minsk qrupunun buraxılması üçün üçün birgə ərizə təqdim etməsi mümkündürmü?”.

Ölkənin xarici siyasət qurumunun suala cavabı belə olub:

“Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli tənzimlənməsi və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.

Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun birgə buraxılmasını tələb edib. Ermənistanın Minsk qrupunun buraxılması ilə razı olmadığı bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər