16 Avqust 20:44
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyaya yeni təyin olunmuş səfiri Qurgen Arsenyan ruhu və mentaliteti baxımından Baş nazir Nikol Paşinyana vəzifəsini tərk edən Vaqarşak Arutyunyandan daha yaxındır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Onun fikrincə, Arutyunyan sırf Rusiyanın dostu reputasiyası naminə İrəvanın xarici siyasət kursunun dəyişməsini ört-basdır etmək üçün Paşinyanın komandasına daxil edilərək, Moskvaya səfiri göndərilmişdi.

“İndi mən Rusiya rəhbərliyi ilə Paşinyanın müttəfiqi olan yeni səfir arasında hər hansı etimadın yaranması üçün heç bir əsas görmürəm. Əlbəttə, rəsmi nəzakət olacaq, başqa heç nə”, - Zatulin qeyd edib.

Xatırladaq ki, Ermənistan parlamentinin keçmiş deputatı Qurgen Arsenyan avqustun 14-də prezidentin fərmanı ilə İrəvanın Rusiyadakı səfiri təyin edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər