19 Avqust 16:47
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Bayraktar” dronunun Ermənistan ərazisinə daxil olması barədə iddia yayılıb.

Teleqraf.com xəbər verir ki, iddianı erməni politoloq Qaqik Ambaryan ortaya atıb.

“Dünən gecə saat 23:00 - 23:15 arasında Türkiyənin “Bayraktar TB2” tipli PUA-sı Türkiyədən Ermənistan ərazisinə daxil olub.

Türkiyə və NATO bununla göstərirlər ki, Rusiya öz müttəfiqinin (Ermənistanın) təhlükəsizliyini təmin edə bilməz. İkincisi bununla göstərirlər ki, Ermənistanın hava hücumundan müdafiə sistemi yoxdur, belə uçuşlarla Ermənistan ordusunun istənilən obyektini çəkə bilirlər”, - ekspert qeyd edib.

Ermənilər həmişə Azərbaycan və Türkiyəyə qarşı reallığa əsaslanmayan belə iddialarla çıxış edirlər. Şübhə yeri yoxdur ki, bu dəfəki iddiaları da bu silsilədəndir, hər zaman olduğu kimi, bir yolla diqqəti üzərlərinə çəkməyə çalışırlar. 44 günlük müharibədən sonra göydə uçan quşu da “Bayraktar” kimi görməyə adət ediblər. Lap dron olubsa, Türkiyənin olduğunu haradan bilirlər, bəlkə İranındır, son zamanlarda Qərbdən ötürülən silah və qüvvələri görməyə gəlib?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər