"Teleqram"ın təsisçisi Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər.