28 Avqust 11:04
8 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Sünik bölgəsində (Zəngəzur) gərgin siyasi proseslərin baş verəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Baş nazir Nikol Paşinyan etirazçı regional rəhbərləri vəzifələrindən azad etməkdə qərarlıdır:

“Təkcə Gorusun meri Aruş Aruşanyanı yox, Kacaran meri Manvel Paramazyan və Qafan rəhbəri Gevorq Parsyanın da vəzifələrindən azad edilməsi üçün müxtəlif tədbirlər görülür. Razılaşma əldə olunmasa, onların bəzilərini həbs gözləyir”, - məlumatda deyilir.

Erməni mənbələri adları çəkilən merlərin Rusiya ilə sıx əlaqələrinin onları hədəfə gətirdiyini iddia edirlər. Onlar bölgədə Moskvanın tapşırıqlarının icraçıları hesab olunur. Məsələn, Qafan meri Gevorq Parsyan bir müddət öncə Zəngəzurda Rusiya konsulluğunun açılması ilə bağlı aktiv səyləri ilə gündəmə gəlmişdi.

İddiaya görə, o, hökumətlə məsləhətləşmədən Rusiya ilə yanaşı, İranla da əməkdaşlıq edir, tez-tez həmin ölkələrə gedir. Parsyanla yanaşı, digər merlərin də özbaşına addımları Paşinyanı qəzəbləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər