29 Avqust 17:04
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan istefa verməyə və məsuliyyətlə üzləşməyə məcburdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

Diplomat bildirib ki, Xaçaturyana istənilən vəzifəsindən istefa vermək tələbi ilə ərizə verib:

“Xaçaturyan Dövlət İqtisad Universitetinin idarə heyətinin sədri vəzifəsini tutduğuna görə konstitusiyanı pozur. Ermənistan konstitusiyasının 124-cü maddəsinə görə, respublika prezidenti başqa vəzifə tuta, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya maaş ödənilən başqa işlə məşğul ola bilməz. Bu halda prezident öz vəzifəsi ilə yanaşı, adıçəkilən universitetin idarə heyətinin sədri vəzifəsini tutur”.

Qazaryan Xaçaturyanın universitetin idarə heyətindən uzaqlaşdırılması üçün Baş nazir Nikol Paşinyana da müraciət edib. O hesab edir ki, prezident iki vəzifəsindən birindən getməlidir – ya prezident, ya da idarə heyətinin sədri kimi qalmalıdır.

Qazaryan Ermənistan prezidentinin digər bir məsələ ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməli olduğunu da söyləyib:

“Yeri gəlmişkən, Vaaqn Xaçaturyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin təqdim etdiyi 2021, 2022 və 2023-cü illər üzrə əmlak, gəlir, xərc və faiz bəyannaməsində Cinayət Məcəlləsində nəzərdə tutulmuş iddia edilən cinayəti törətməklə açıq-aşkar yanlış məlumatlar təqdim edib. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə rəsmi müraciət etmişəm ki, iş başlansın və qanuni tədbirlər görülsün”.

Diplomat prezidentin müvafiq quruma göndərdiyi hər üç bəyannamənin boş olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər