3 Sentyabr 16:13
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Rusiya ilə siyasi tərəfdaşlıqdan imtina edirik, sadəcə Prezident Vladimir Putin bizim üçün yaxşı müttəfiq deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Akop Aslanyan deyib.

O əlavə edib ki, Baş nazir Nikol Paşinyan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi ola bilməyəcəyini söyləyəndə, bu danışıqların özünə, siyasi formata istinad edir, amma bu, İrəvan-Moskva münasibətlərinin digər sahələrinə aid deyil.

Aslanyan iddia edib ki, Rusiya danışıqlarda Ermənistandan daha çox Azərbaycanın maraqlarını qoruyur: “Amma bu o demək deyil ki, biz o ölkə haqqında pis danışmalıyıq. Neytral münasibət qorunmalıdır”.

Deputat etiraf edib ki, Ermənistan hakimiyyətinin nümayəndələri, o cümlədən özü də Rusiya haqqında sərt danışsalar da, söhbət siyasi məsələlərdən gedir:

“Bir müddət əvvəl Ermənistan çevriliş təhlükəsi ilə üz-üzə qalmışdı və o çevrilişin müəlliflərindən biri də Rusiya ola bilərdi, amma bu o demək deyil ki, bu barədə təhqiramiz sözlərlə danışmaq lazımdır. Əgər biz Bakı ilə danışıqlarda Rusiyanın vasitəçiliyinə qarşı çıxırıqsa, bu o demək deyil ki, biz anti-Rusiya siyasəti aparırıq”.

Eyni zamanda o, Ermənistanın iqtisadi sahədə Rusiyadan tam asılı olmadığını iddia edib:

“Sovet dövründə formalaşmış asılılıqdır, bu gün 42 faizə yaxındır. Eyni zamanda, Ermənistan Avropaya inteqrasiya yolu ilə gedir, Avropa ölkələrinə ixracın həcmini daha da artırmaq üçün istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər