6 Sentyabr 12:51
7 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və İrəvanın imzaladığı sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə anklavların Azərbaycana təhvil verilməsini sürətləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan deyib.

“Bu sənəd aklavlarla bağlı əlverişli şəraitin yaradılması üçün yeni əsaslar yaradır. Azərbaycan anklavları tələb edir, Ermənistan tərəfi də nə vaxtsa bu barədə razılığa gəlməyə hazır olduğunu bildirir. İndi bu sənəddə anklavların Azərbaycana hansı mərhələdə veriləcəyi göstərilmir, amma mənim fikrimcə, sənədin təsdiq üçün Konstitusiya Məhkəməsi, ardınca Milli Məclisə göndərilməsi anklavların tez bir zamanda Azərbaycana qaytarılması üçün əsas hazırlayır”, - ekspert bildirib.

Manqasaryanın fikrincə, bu sənədin Konstitusiya Məhkəməsi və parlamentdə ratifikasiyası problem olmayacaq.

Söhbət Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı və Sofulu, eləcə də Naxçıvanın Kərki kəndlərinin qaytarılmasından gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər