9 Sentyabr 14:21
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan ləğv edilmiş separatçı rejimin İrəvandakı “nümayəndəliyi” ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, spiker bu saxta qurumun ləğv edilməli olduğuna eyham vurub.

“Ermənistandakı “Artsax nümayəndəliyinin binası”nın anlamı nəzərdən keçirilməlidir”, - Simonyan deyib.

Onun sözlərinə görə, bu binadan “toplantılar” üçün istifadə edilməməlidir.

“Mən belə düşünürəm”, - Simonyan hökumətin bu istiqamətdə hər hansı addım atıb-atmayacağına aydınlıq gətirməyib.

Spiker bu gün Ermənistan parlamentinin iclasında başqa bir separatçı quruma diqqət çəkmişdi. Simonyan “Ermənistan-Artsax parlamentlərarası komissiyası”nın ləğv edilməli olduğunu açıqlamışdı. Həmçinin o, etiraf etmişdi ki, “Artsax” adlı bir qondarma qurum da mövcud deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər