10 Sentyabr 11:51
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Rusiyaya gedib.

Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd BRİKS-ə üzv ölkələrin təhlükəsizlik rəsmilərinin görüşündə iştirakdır.

“Əli Əkbər Əhmədiyan həmçinin Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır”, - İran mətbuatının məlumatında deyilir.

Son vaxtlar Tehranla Moskva arasında Zəngəzur dəhlizi ilə bağlı gərginlik yaşanır. Rusiya xarici işlər naziri Sergey Lavrovun dəhlizin açılması ilə bağlı Ermənistana tələbi İranda sərt təpki ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər