İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına böyük zərbələr endirib, çoxlu sayda itki var.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
“Fələstin anklavının səlahiyyətlilərinə görə, İsrail Hərbi Hava Qüvvələri bazar günü gecə şimaldakı Beyt Lahiya şəhərini bombalayıb. Yaşayış sahəsi tamamilə dağılıb. Bir çoxları hələ də dağılmış binaların dağıntıları altında qalıb”, - deyə məlumatda bildirilir.
WAFA-nın məlumatına görə, Beyt Lahiyədə yerli xəstəxananın həyətinə sığınan bir qrup fələstinli pilotsuz təyyarədən atəşə tutulub. Təcili yardıma birbaşa zərbə də qeydə alınıb.