16:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycanın "Sülh naminə Tərəfdaşlıq Proqramı"nın Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada yerləşən Terrorçuluğa Qarşı Müdafiə üzrə Mükəmməllik Mərkəzi (TQMMM) tərəfindən təlim kursu keçirilir.

Teleqraf.com xəbər verir ki, “Terrorçuların kiberməkandan istifadəsi – ümumi yanaşma” mövzusundakı təlim kursu dekabrın 20-dək davam edəcək.

Təlim kursunda ölkəmizin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Kurs çərçivəsində terrorçuluğun asimmetrik təhdid qismində beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhlükələr, müasir texnologiyaların yaranması fonunda terrorçuluq fəaliyyətinin meydana çıxan yeni növləri, o cümlədən kiberterrorçuluğa qarşı mübarizə tədbirləri müzakirə olunacaq.

İştirakçılar, həmçinin terrorçuların kiberməkandan istifadəsi ilə əlaqədar yaranan təhdidlər, terror aktlarının həyata keçirilməsi məqsədilə kiberməkandan istifadə olunması metodları, terrorçuların kiberməkandan istifadəsinə qarşı mübarizədə milli və beynəlxalq səviyyədə atılan addımlar barədə məlumatlandırılacaq.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər