17 Dekabr 11:12
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland səfiri Marike Monroy Vinter Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının ofisində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə missiyanın X səhifəsində məlumat verilib.

“Niderlandın Ermənistandakı səfiri Marike Monroy Vinteri Aİ missiyasının ofisində qəbul etmək şərəfdir. Səfir missiyanın yerlərdə fəaliyyəti ilə bağlı məlumatlandırılıb, Niderland heyəti ilə görüşüb və Xaçık kəndi ərazisində patrul xidmətinə qoşulub”, - məlumatda belə qeyd olunur.

Hazırda Aİ missiyasında 7 hollandiyalı nümayəndə çalışır.

Qeyd edək ki, niderlandlı diplomatdan əvvəl Fransanın Ermənistandakı səfiri Olivye Dekotini şərti sərhəddə bu təxribatçı prosesə qoşulmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər