Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp tərəfdarlarının seçkilərin nəticələri elan edildikdən sonra iğtişaş törətməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat verib.
“Təbii ki, zorakılıq olmayacaq. Mənim tərəfdarlarım zorakı insanlar deyil”, - Respublikaçı bildirib.
Tramp həmçinin əlavə edib ki, o, seçkilər ədalətli və müstəqil keçirəksə, mümkün məğlubiyyətini etiraf edəcək.