6 Noyabr 01:33
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkun Fauler şəhərində polis seçki məntəqəsini yandıracağını deyən şəxsi həbs edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, kişi təxminən səhər saat 6:30 radələrində səs verməyə gedib. O, əvvəllər ağır cinayət törətdiyinə görə seçki məntəqəsində ona həbsdən çıxandan sonra yenidən qeydiyyatdan keçmədiyi üçün səsvermə hüququnun olmadığı barədə məlumat verilib.

Kişi qəzəblənib və məntəqəni yandırmaqla hədələyib. Hüquq-mühafizə orqanları onu dindirmək üçün saxlayıblar. Hələlik ona qarşı heç bir ittiham irəli sürülməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər