Bu gün “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, nazir "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib. Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və 8 rayonun aqroservis filiallarının rəhbəri tutuğu vəzifədən azad olunub. 6 rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək. - See more at: http://axar.az/news/45787#sthash.sUO1l3tN.dpuf