11 Mart 2015 15:24
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Pakistan strateji tərəfdaşlıq üzrə birgə bəyanat imzalayacaqlar. Bəyanat Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri zamanı imzalanacaq.

Bu barədə Trend Pakistan Prezidentinin rəsmi saytına istinadən məlumat verir.

Səfər martın 11-dən 14-dək davam edəcək.

M.Hüseyn səfər zamanı Azərbaycanın bir sıra yüksəkvəzifəli şəxsləri ilə görüşəcək.

Məlumatda deyilir ki, hər iki ölkənin yüksəkvəzifəli nümayəndələri birgə biznes-forumda da iştirak edəcəklər. Forumda ikitərəfli münasibətlərin, xüsusilə, iqtisadiyyat və ticarət sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər zamanı Pakistan Prezidentini ölkənin müdafiə sənayesi naziri Rana Hüseyn, digər nazirliklərin yüksəkvəzifəli məmurları, ticarət və sənaye sahələrinin təqribən 40 nümayəndəsi müşayiət edəcək.


Müəllif:

Oxşar xəbərlər