30 Mart 2015 15:59
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə hər iki ölkənin yüksək rütbəli zabitləri iştirak ediblər.

Görüşü Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov açıb. O çıxışında bildirib ki, maraq doğuran bir sıra qarşılıqlı məsələlər üzrə iki ölkə arasında ənənəvi əməkdaşlıq mövcuddur.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir.

Sonra söz Pakistan Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayna verilib. O da öz növbəsində Azərbaycan-Pakistan münasibətlərindən söz açıb.
İki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər