15 Aprel 2015 11:11
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Əməkdaşlıq İmkanları” adlı layihəyə start verib.

Təşkilatın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində ittifaqa üzv ölkələrdən dəvət olunmuş 10 nəfər xarici mütəxəssis Azərbaycandakı gənclər təşkilatları ilə görüşlər, seminarlar, dəyirmi masalar keçirirlər.

Əsas məqsəd gənclərin beynəlxalq səviyyədə keçirilən layihələrində iştirakını, gənclər təşkilatları arasında əməkdaşlıq sahəsində bilik və bacarıqlarını artırmaqdır. Eyni zamanda gənclərin iştirakını artıran birgə layihələrin həyata keçirilməsi üçün potensialın artıılması, tolerantlığı gücləndirilməsi, beynəlxalq əməkdaşlıq vasitəsilə şəbəkələşmək, maariflənmək, mədəni və humanitar sahədə irəliləmək əsas prioritet istiqamətlərdir.

Qeyd edək ki, layihənin başlıca hədəfi yerli gənclərin beynəlxalq səviyyədə əməkdaşlığa daha açıq olmaq, müxtəlif mədəniyyətləri təmsil edən gənclərin iştirakı ilə keçirilən layihələrdə daha ixtisaslaşmış və təcrübəli olmaq kimi dəyişikliklərə nail olmaqdır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər