ABŞ səfiri Robert Sekuta aprelin 15-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Təlim Mərkəzində (Bakıdan 358 kilometr qərb) təşkilatın Azərbaycan ərazilərində təhlükəsizliyin təminatı üçün nəzərdə tutulan fəaliyyətləri ilə tanış olub.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın dəstəyindən yararlanan ANAMA Saloğluda (Ağstafa rayonu, Bakıdan 442 kilometr qərb) 500,000 artıq partlamamış sursatı zərərsizləşdirmiş və hazırda Ceyrançölə yaxın (Tovuz rayonu, Bakıdan 424 kilometr qərb) 66 kvadrat kilometrlik ərazilərdə təmizləmə işləri aparır.
ABŞ səfiri Robert Sekuta bundan öncə isə Gəncədə vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşərək, onların fəaliyyətləri ilə tanış olub.