22 Aprel 2015 10:41
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci ilin birinci rübü ərzində Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib: “Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilib”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər