25 Aprel 2015 12:04
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi aprelin 24-də Ağ ev qarşısından Türkiyənin Vaşinqtondakı səfirliyi önünə kimi yürüş təşkil edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, qanunsuz təşkil edilmiş yürüşə nədənsə Amerika polisi müdaxilə etməyib. Yürüş zamanı türk bayrağını yandırmaq istəyən ermənilərə qarşı ərazidən keçən bir nəfər azərbaycanlı müdaxilə edib və yerə salınmış Türkiyə bayrağını qaldırıb. Bu zaman ermənilər həmin azərbaycanlının üzərinə hücum çəkib, ona xəsarət yetiriblər.

Ermənilərdən müdafiə olunmaq istəyən soydaşımızı isə ABŞ polisi saxlayıb. Hazırda onun vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, Türkiyənin aparıcı media orqanları bu hadisə ilə bağlı “manşet” xəbərlər hazırlayıblar.


Müəllif:

Oxşar xəbərlər