5 May 2015 01:55
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilkin provayderi "Delta Telecom" şirkəti iqtisadiyyatın özəl sektoru üçün DDoS-hücumlarından qorunmaq üçün kommersiya xidmətini işə salıb. Bunu Trend-ə şirkətdən deyiblər.

Hücumlardan müdafiə "Arbor Networks" proqram-aparat kompleksləri səviyyəsində təşkil edilib. Müdafiə sistemi müəssisələrin serverlərinin və infrastrukturunun təhlükəsizliyini təmin etməyə imkan verir.

Şirkətdən bildiriblər ki, servisin dəyəri şirkətlərdə istifadə edilən internet-kanalların tutumundan asılı olaraq formalaşır: "Bundan başqa özəl biznes informasiya sistemlərinin kənar müdaxilələr üzrə çoxsəviyyəli müdafiə imkanı əldə edir".


Müəllif:

Oxşar xəbərlər