“Mən Azərbaycanda "Bakı-2015” Birinci Avropa Oyunlarının keçriilməsini təqdir edirəm və bunu ölkəmizin uğuru adlandırıram. İndiki məqamda Azərbaycanda beynəlxalq səviyyəli tədbirin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu, ölkəmizin tolerant, Avropanın inkişaf etmiş üzvü olduğunu göstərəcək".
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, müasir dövrdə müsəlman dünyasında baş verən müharibələr, vətəndaş qarşıdurması, siyasi böhranlar fonunda Azərbaycanın Avropa oyunlarına ev sahibliyi etməsi olduqca vacib idi: "Gəlib görəcəklər ki, müsəlman ölkəsi olan Azərbaycan özünün iqtisadi, mədəni inkişafına, gözəlliyinə görə Avropa ölkələrindən heç də geri qalmır. Görəcəklər ki, Azərbaycan işıqlı, insanları qonaqsevər, əsrarəngiz təbiəti olan, sivil, demokratik ölkədir".
Hüquq müdafiəçisi hesab edir ki, Bakıya çoxlu sayda qonağın gəlməsi dünyanın diqqətini Azərbaycana yönəldəcək və bu da dövləti, milləti daha məsuliyyətli edəcək: "Avropa oyunları imkan verəcək ki, Azərbaycan bundan sonra daha sürətlə inkişaf eləsin. Azərbaycan demokratik cəhətdən daha da inkişaf eləsə, bizim dilimiz uzun olar, haqqımızı daha ciddi şəkildə tələb edərik. Heç kəs bizim dövlətlə təzyiq dili ilə danışa bilməz. Bir milyon qaçqın və məcburi köçkünümüz var. Torpaqlarımız işğal altındadır. İndi bizim imkanımız var ki, problemi beynəlxalq ictimaiyyətin qarşısında daha asan, rahat şəkildə qaldıraq".
Ayxan