20 May 2015 12:04
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanğın baş verən ərazidədir və binanın sakinləri ilə görüşür.

Axar.az xəbər verir ki, Abutalıbov jurnalistlərə açıqlamasında sakinlərin problemlərinin qısa müddət ərzində həll olunacağını deyib:

“Həlak olan 15 nəfərdən 2-si hələ də morqdadır. Qalan 13 nəfər ailə üzvlərinin istəyinə uyğun olarq Masazır, Sulutəpə, Quba, Xaçmaz, Sabirabad, Bakı və Hacıqabulda dəfn olunub. Müvafiq rayonların icra başçıları dəfn mərasimini təşkil edib. Uşaqlar üçün yas mərasimi təşkil olunmayıb. Onlar mələk kimi gəlib, mələk kimi gediblər. Dünən axşam bina sakinləri ilə görüşmüşəm, dinləmişəm və problemləri qısa zamanda həll olunacaq. Şənbə günündən etibarən binanın təmirinə başlanılacaq. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hadisədə günahı olan hər kəs cəzalandırılacaq”.

Bakı meri yanğının başvermə səbəblərinin də araşdırıldığını bildirib: “Binada yanğının səbəbi araşdırılır. Bu üzlüklərdən Azərbaycandan başqa, Türkiyə və Rusiyada da geniş istifadə olunur. Sadəcə, Azərbaycandan fərqli olaraq həmin ölkələrdə üzlüklər binalara yapışdırılır. Azərbaycanda isə üzlüklə bina arasında məsafə qoyulduğuna görə yanğın ehtimalı böyükdür. Bu hadisənin Bakı-2015 ərəfəsində baş verməsi təxribat ehtimalını artırır”.


Müəllif:

Oxşar xəbərlər