20 May 2015 16:23
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hakimlərin Seçki Komitəsinin və Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Anar Bağırov sevincini belə ifadə edib: “Heç vaxt dövlət qulluğunda çalışmamışam, müstəqil peşə sahibiyəm, vəkiləm. Artıq ikinci müddətdir ki, Hakimlərin Seçki Komitəsinin üzvüyəm, gözləmədiyim halda Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ali medalı ilə təltif olunduğuma görə hədsiz dərəcədə xoşbəxtəm, bu mənim fəaliyyətimə verilən çox yüksək qiymətdir, bütün vəkillərin ödülüdür.”

Tanınmış vəkil onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezidentə təşəkkür edib və hər kəsi ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına dəstək verməyə və onun bir hissəsi olmağa çağırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Allahverdiyev Əli Kərom oğlu, Cəfərov Ələddin Adil oğlu, Hüseynov Azər Soltanhəmid oğlu, Kalbalıyev Aslan Kalbalı oğlu da “Tərəqqi” medalı ilə təltif olunublar. Cəfərov Azər Məmməd oğlu və Hüseynov Cavid Ənvər oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülüblər. Eyni zamanda Məmmədov Rafiq Uğuz oğluna və Nağıyev İman Məmməd oğluna “Əməkdar hüquqşünas” fəxri adları verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər