22 May 2015 20:07
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında mayın 19-da yanan çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları “Azərişıq” ASC-nin hesabına ödənilib. Bu barədə Teleqraf.com-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.

Xatırladaq ki, mayın 19-da paytaxtın Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub və 15 nəfər dünyasını dəyişib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər