31 May 2015 22:06
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə yola düşüb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Qırğızıstanın Müdafiə Nazirliyində görüşlər keçirəcək, habelə bir sıra hərbi hissələrə baş çəkəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri, o cümlədən müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər iyunun 2-dək davam edəcək.


Müəllif: