Almaniya Federal Hökuməti insan hüquqları ilə bağlı 11-ci hesabatında Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlaması məsələsinə də yer ayırıb.
Hesabatda bildirilir ki, beynəlxalq hüquqa görə Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altındadır və həmin ərazilərdə insan hüquqlarının mövcud vəziyyətinə görə məsuliyyəti məhz rəsmi Yerevan daşıyır.
Hesabatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğu, yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıda bilmədikləri diqqətə çatdırılır.
/Azərtac/