6 Avqust 2015 13:45
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 10:40-da Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə məlumat doğru deyil.

Bu barədə Teleqraf.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sərnişinlərdən birinin vəziyyəti pisləşdikdən sonra o, uçmaqdan imtina edib. Prosedura uyğun olaraq bütün sərnişinlər, həmçinin baqaj yenidən yoxlanışdan keçib.

Hazırda bütün sərnişinlər təyyarədə öz yerlərini alıb və təyyarə uçuşa hazırlaşır.


Müəllif:

Oxşar xəbərlər