Həftənin yenicə başlamasına baxmayaraq, Bakının bəzi hissələrində tıxac var.
Teleqraf.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, Sakit Qocayev küçəsi, Azadlıq prospekti, Bakı-Sumqayıt və Bibiheybət yolunda güclü tıxac müşahidə olunur.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Ceyhun Səlimov küçəsi - Hərbi hospitalın yanı və Xudu Məmmədov küçəsində asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı hərəkət məhdudlaşdırılıb.