Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Qennadiy Vladimiroviç Axramoviçi qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.
Səfir həmçinin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
E.Məmmədyarov səfir Q.Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu edib.