28 Avqust 2015 12:39
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda gənclərin maraq dairəsində olan məsələləri müzakirə etmək üçün gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Teleqraf.com-un məlumatına görə, bu barədə səfirliyin Twitter səhifəsində məlumat yayılıb. Görüşdə ABŞ səfiri Azərbaycan gənclərinin ilk Avropa Oyunlarında oynadığı mühüm rolu yüksək qiymətləndirib. Səfir vurğulayıb ki, Azərbaycanın parlaq gələcəyini təmin etmək üçün gənclərə hər cür imkanlar yaratmaq lazımdır.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər