15 Sentyabr 2015 16:06
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib.

DGK-nın mətbuat xidmətindən Telerqraf.com-a verilən məlumata görə, mərasim Azərbaycanın Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb.

Tədbirdə çıxış edən DGK sədr müavini Şahin Bağırov yeni dərs ilinin başlaması münasibətilə akademiyanın müəllim və tələbə heyətini təbrik edərək bildirib ki, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasında ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Təhsil ocaqlarının təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur.

Şahin Bağırov qeyd edib ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas missiyası savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, vətənə, dövlətə və dövlətçiyilə sadiq kadrlar yetişdirməkdir. Bu istiqamətdə akademiya rəhbərliyinin , müəllimlərin və tədris prosesinə cəlb olunan digər mütəxəssislərin var güvvəylə çalışdığını qeyd edən natiq, yeni yaranmasına baxmayaraq bu təhsil ocağında keyfiyyətli tədris prosesinin təşkili üçün bütün zəruri şəraitin yaradıldığını, yüksək ixtisaslı müəllimlərin tədrisə cəlb olunduğunu, tələbələrin sosial həyatının və dərsdən kənar tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini bildirib.

Mərasimdə akademiyanın rəhbərliyi, müəllim və tələbələr çıxış edərək təbriklərini çatdırıblar.
Daha sonra bu il akademiyaya qəbul olunana tələbələrin valideynləri ilə görüş keçirilib, onlara bu təhsil ocağı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris hüquq və iqtisadiyyat ixtisasları üzrə aparılır. Ötən il 40, 2015-ci ildə isə 44 abituryent bu təhsi ocağının müdavimi adını qazanıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər