17 Sentyabr 2015 11:23
3 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi İcra Hakimiyyəti başçısının bir neçə müavini, qurumun şöbə müdirləri vəzifəsindən azad olunublar.

Bu barədə Teleqraf.com-a etibarlı mənbədən məlumat daxil olub. Qeyd olunur ki, sentyabrın 16-ı axşam saatlarında icra hakimiyyətində iclas olub və bir nəçə vəzifəli şəxs fəaliyyətlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunub və daha bir neçə nəfərə töhmət verilib. İcra hakimiyyətinin əməkdaşlarından bəzisinə xəbərdarlıq olunub.

Vəzifəsindən azad olunanların adlarını hələ dəqiqləşdirə bilməmişik.

Məsələ ilə bağlı Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova ilə əlaqə saxladıq. N.Allahyarova hazırda ezamiyyətdə olduğunu dedi: "İclas barədə məlumatım yoxdur. İşdən çıxarılanlar olsaydı, xəbərim olardı".

Ayxan


Müəllif:

Oxşar xəbərlər