Bu gün “Bakı Metropoliteni”nin “N.Nərimanov” stansiyasında intihara cəhd hadisəsi baş verib.
Publika.az şahidlərə istinadən xəbər verir ki, bir nəfər özünü relslərin üstünə ataraq intihar etmək istəyib.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bunun intihar olmadığını bildirib.
O qeyd edib ki, 1987-ci il təvəllüdlü Oqtay Paşayev başında spazm tutması nəticəsində relslərin üzərinə yıxılıb. O, qatar stansiyaya yaxınlaşmadan xilas olunub.