28 Sentyabr 2015 16:02
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkmənistanın Baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib.

Baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Türkmənistan Baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.


Müəllif:

Oxşar xəbərlər