30 Sentyabr 2015 01:37
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda səfərdə olan Ermənistan prezidenti Serj Səkisyan burada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın İctimai Televiziyası xəbər yayıb.

Məlumata görə, görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını və təmas xəttindəki durumu müzakirə ediblər.

Görüş başa çatandan sonra Sərkisyan BMT-nin mənzil-qərargahına yollanıb. Burada o, təşkilatın Baş Məclisinin 70-ci toplantısında çıxış edəcək.


Müəllif:

Oxşar xəbərlər