"Artıq təşviqat matrealları hazırdır. Sabahdan namizəd olduğum 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin namizədlər üçün ayrılmış lövhələrinə plakatlarım yapışdırılacaq. Bu işi BAXCP-nin Sumqayıt şöbəsinin fəalları edəcək".
Bunu Teleqraf.com-a BAXCP sədrinin müavini, deputatlığa namizəd Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, sabah partiyanın qeydə alınmış namizədlərinin hər birinin təşviqat matrealları lövhələrə vurulacaq: "Mənimlə yanaşı BAXCP-nin bütün qeydə alınmış namizədlərinin şəkilləri yapışdırılacaq".
Niyaməddin Orduxanlı BAXCP-nin seçki şüarının dəyişilməz olduğunu bildirib: "Bu dəfə də şüarimiz dəyişilməzdir: Bütöv və Qüdrətli Azərbaycan Uğrunda!”