6 Dekabr 2015 13:41
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan SOCAR əməkdaşlarının müalicəsi üçün bütün zəruri tədbirlər görülür.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ümumilikdə Mərkəzi Neftçilər Xəstəxanasına 31 nəfər yerləşdirilib, onlardan 22 nəfər ambulator müalicəsi alaraq evə buraxılıb. Bazar ertəsi günü onlar təkrar olaraq müayinədən keçəcəklər. 8 nəfər isə müxtəlif diaqnozlarla stasionar müalicə almaq üçün Mərkəzi Neftçilər Xəstəxanasında qalıb. Bir nəfər Yanıq Mərkəzinə göndərilib", deyə mətbuat xidmətində bildiriblər.

Səhiyyə naziri Oqtay Şirəliyev şəxsən xəsarət alanları ziyarət edib, onlara göstərilən müalicənin keyfiyyəti ilə maraqlanıb.


Müəllif:

Oxşar xəbərlər