Bakının Sabunçu rayonunda yaşayış evində baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, cari il noyabr ayının 29-dan dekabr ayının 7-dək olan müddətdə Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Münəvvər Əliyevaya məxsus evdən pəncərədən girmək yolu ilə 300 manat və məişət əşyaları oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən paytaxt sakini Nəriman Qədirov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 4-də Hicran Məmmədovanın evindən məişət əşyaları və elektrik alətləri oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov