11 Dekabr 2015 11:55
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyində (MTN) ixtisarlar davam edəcək.

Trend-in məlumatına görə, bunu Milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirb.

M.Quliyev deyib ki, son vaxtlar MTN-də boşalan vəzifələrə hələ təyinatlar olmayıb: “Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək, yenidən təşkil olunma aparılacaq. Çünki MTN əməkdaşları sayca az olmalı və işini operativ şəkildə qurmalıdır”.

M.Quliyev bildirib ki, ixtisarlar artıq olub: "Mənim işlədiyim müddətdə 250-dən artıq yararsız əməkdaşlar MTN-dən xaric olunub. MTN-lə bağlı aparılan istintaq üzrə Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və davam etdirilir. Adı cinayət işində keçənlər cinayət məsuliyyətinə cəlb edilərək həbs olunur. Bu iş davam etdirilir, hər bir cinayət etmiş şəxs layiqincə qanun qarşısında cavab verəcək".

MTN-in bundan sonrakı siyasəti haqqında danışan M.Quliyev bildirib: "Yolumuz birdir, Ümummilli Lider Heydər Əliyev kursudur. Möhtərəm Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir və biz də Respublikamızın təhlükəsizliyini təmin edəcəyik".


Müəllif:

Oxşar xəbərlər