16 Dekabr 2015 11:21
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi radikal fikirli insanlar erkən nikahı dinlə bağlamaq istəyir. Lakin heç kim “Qurani Kərim”də erkən nikahın qeyd olunmasını göstərə bilməz. Hədislərə istinad edənlər isə bilməlidirlər ki, onların çoxu həqiqət deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, erkən nikahı ayrıca bir toplum və ya dinə bağlamaq düzgün deyil:

“Avropada azyaşlıların cinsi istismara məruz qalmasını müşahidə edirik. Bu problemlə bağlı İstər BMT və istərsə də, digər qurumlar tərəfindən mötəbər sənədlər hazırlanıb. Ölkəmizdə də bu sahədə böyük işlər görülür”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər