21 Dekabr 2015 20:11
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir təmirə bağlanan küçə istifadəyə verilib.


“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Nizami rayonu Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.


Sözügedən ərazidə 1 km-dən artıq yağış-kanalizasiya sistemi qurulub, küçə boyu yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Yolun kənarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.


Müəllif:

Oxşar xəbərlər