Bu il ərzində 850 hektardan çox ərazi yaşıllaşdırılıb. Zığ-Heydər Əliyev adına Beynəxalq Hava Limanı magistral avtomobil yolunun kənarı çox çirkli idi. Maliyyə gözləmək çox vaxt apardığından, nazirlik öz daxili imkanları hesabına bu əraziləri mövsümü əkin aparılması üçün təmizlətdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir bildirib ki, ərazidə 30 hektar ərazidə ağac əkilib.
“Buradakı ağacların hamısı nazirliyin yetişdirdiyi ağaclardır. 50 hektar ərazi tam olaraq təmizlənib. Bu ərazi mərkəzi yola yaxın olduğu üçün yaşıllıq dan sonra gözəl görkəm alınacaq. Prezidentin tapşırığında bildirilmişdi ki, bu ərazidə yaşıllaşdırmadan başqa heç bir iş görülməsin. Bu baxımdan da 7-8 ildə nazirlik kütləvi yaşıllaşdırma aparıb”.
Nazir onu da əlavə edib ki, son 5 ildə magistral yolların ətrafı, Bakı və onun ətrafındakı sahələr, aşağı keyfiyyətli torpaqlar təmizlənərək 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ağac əkilib. 2700 hektar ərazidə isə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib.
İlhamə